Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
06 may 2024 73
Serbiyanın Novi Sad şəhərində sambo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Turnirdə ölkəmizi 3 yaş qrupu üzrə ümumilikdə 22 samboçu təmsil edəcək. Bunların 7-si böyüklər, 7-si gənclər, 8-i isə yeniyetmələr kateqoriyasında mübarizə aparacaq.
Böyüklərin mübarizəsində Nicat Məmmədli (58 kiloqram), Elvin Bağırov (64 kiloqram), Hacalı Qasımov (71 kiloqram), Adil Adilzadə (79 kiloqram), Ağani Məmmədov (88 kiloqram), Rəsul Aydəmirov (98 kiloqram) və Sabir İsayev (+98 kiloqram) medallar uğrunda yarışacaqlar.
Gənclərdə Murad Fətullayev (58 kiloqram), Nicat Rəhimov (64 kiloqram), Xudabaxış Əliyev (71 kiloqram), Pünhan Göyüşov (79 kiloqram), Sadiq Zeynallı (88 kiloqram), Şahin Əsədov (98 kiloqram) və Orxan Məcidli (+98 kiloqram) qüvvəsini sınayacaq.
Yeniyetmələrin yarışında isə İsmayıl Əlipənahov (53 kiloqram), Ziyəddin Zeynallı (58 kiloqram), Nicat Süleymanlı (64 kiloqram), Mikayıl Əmirov (71 kiloqram), Roman Qarayev (79 kiloqram), Əli Əliyev (88 kiloqram), Ramal Cavadov (98 kiloqram) və Hacbaba İmaməliyev (+98 kiloqram) bacarıqlarını nümayiş etdirəcəklər.
Komandalara böyüklərdən ibarət millinin baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın çalışdırıcısı Bəxtiyar Hacıyev rəhbərlik edəcək.
Qeyd edək ki, mayın 9-10-da Avropa çempionatı, 11-12-də isə qitə birincilikləri baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya ... Ətraflı
Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar
Macarıstanın Eger şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan ... Ətraflı