Bakı dünyanın "İdman Paytaxtı” seçildi!
06 may 2024 73
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib.
Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
Qeyd edək ki, gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Bənzər xəbərlər
Boksçularımız “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirini 27 medalla başa vurdular
Bakıda keçirilən yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri ... Ətraflı
Atletimiz üçqat Olimpiya çempionunu geridə qoyaraq qızıl medal qazandı
Polşanın Xujov şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş ... Ətraflı