Paris-2024-ün məşəlini transvestit daşıyacaq
06 may 2024 77
Bu il Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transvestit iştirak edəcək.
Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib.
Minima Geste ləqəbli transvestit yarışın açılış günü Olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarla daşıyacaq. O, Paris transvestitin məşəl, sülh və insanlıq dəyərlərini daşıyacağından qürur duyduğunu bildirib.
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bu xəbəri mənfi qarşılayıb, seçimdən narazı olduqlarını bildiriblər.
Paris meriyası isə ona dəstək olduğunu açıqlayıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
Boksçularımız “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirini 27 medalla başa vurdular
Bakıda keçirilən yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri ... Ətraflı
Atletimiz üçqat Olimpiya çempionunu geridə qoyaraq qızıl medal qazandı
Polşanın Xujov şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş ... Ətraflı