Xəbərlər

Stokholm yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

06 may 2024 72

Beynəlxalq Yelkənli İdman Federasiyasının qərarı ilə 2026-cı il avqustun 12-dən 16-dək Stokholmun mərkəzində yerləşən Riddarfyarden körfəzində yelkənli idman üzrə komanda yarışlarının dünya çempionatı keçiriləcək.

 

Çempionatda ABŞ, Böyük Britaniya, Yaponiya və İtaliya komandaları iştirak edəcək. Bu komandalar Beynəlxalq Yelkənli İdman Federasiyasının təqdim etdiyi reytinq cədvəli üzrə müəyyən olunur. Komandaların heyətinə dörd qadın və dörd kişi daxildir. Adi yarışlarda bütün komandalar bir-biri ilə yarışır və finişə ilk çatan birinci hesab olunur, lakin bu növ yarışlarda format bir qədər fərqlidir.

 

“Hər yarışda bir ölkəyə aid iki yaxta start götürür, bu səbəbdən eyni vaxtda dörd yaxta mübarizə aparır. Yarış zamanı rəqibi dayandırmaqdan ötrü onu küləyin əksinə yönləndirmək üçün yaxtanı geri döndərmək və komanda yoldaşını xilas etmək tələb oluna bilər”, - deyə İsveçdə 2026-cı ildə keçiriləcək yarışların təşkilatçısı olan “Gamla Stan” yaxtklubun üzvü Maqnus Mirenberq bildirib.

 

Dünya çempionatı iki təsnifat günündən ibarət olacaq. Həmin günlərdə komandalar bir-biri ilə qarşılaşacaq, sonra isə dörddəbir final, yarımfinal və nəhayət final mərhələsi olacaq. Onların hər biri təxminən 10-15 dəqiqə davam edəcək. Yarışların daha bir xüsusiyyəti ondadır ki, heç bir komanda çempionata öz yaxtasını gətirməyəcək.

 

“Bütün yaxtalar yerindəcə xidmət göstərəcək. Komandaların ən yaxşı yaxta və ya ən yaxşı yelkən ilə üstünlüyü olmayacaq. Hər kəs üçün eyni şərait yaradılacaq”, - deyə Maqnus Mirenberq qeyd edib.