Xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

08 may 2024 75

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş fakültələrarası futzal turnirinə yekun vurulub.

 

AzTU-nun idman sarayında keçirilən final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

 

Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.

 

Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.