Xəbərlər

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan açıq havada həvəskar badminton oyunları keçirilib

02 iyun 2022 674

Tədbirin açılış mərasimində Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin layihə koordinatoru Ceyhun Rəhmanov və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ekspoziya şöbəsinin müdiri Turan Həsənova çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Ardınca açıq havada quraşdırılan badminton meydançası azyaşlıların ixtiyarına verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin hazırladığı əl işləri ilə tanış olublar. Uşaqlar arasında müxtəlif əyləncəli oyunlar təşkil olunub. Milli Olimpiya Komitəsinin 30 illliyi çərçivəsində təşkil olunan tədbirin keçirilməsində məqsəd ölkə ərazisində badmintonun kütləviliyinə nail olmaq, uşaqlar arasında badmintonu təbliğ etmək, azyaşlıların asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdir.