19 şahmatçımız Avropa çempionatında iştirak edəcək
27 fevral 2023 417
Martın 3-də Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatına start veriləcək.
Qitə çempionatında ölkəmizi 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.
Ümumilikdə şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir. Çempionat martın 13-də başa çatacaq.
Qeyd edək ki, “OPEN” turnir xarakteri daşıyan şəxsi Avropa çempionatında qadın şahmatçıların da iştirakına icazə verilir.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı