3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astarada
25 aprel 2023 1077
20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq. 3x3 qadın milli komandamızla yanaşı, artıq yarışda iştirak edəcək digər seçmə komandaların da adlarına aydınlıq gəlib. Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığma komandaları ilə yanaşı, Çinin "Yuanda" və yerli "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar. Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə FİBA tərəfindən icazə verilir
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı