Azərbaycan Badminton Federasiyası ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Şən İnklüziv Badminton” layihəsinin təqdimat mərasimi keçirilib
03 avqust 2022 699
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutan festivalda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Badminton Federasiyasın prezidenti Taleh Ziyadov, Gənclər və İdman Nazirliyinin, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd əhalinin həssas təbəqəsindən olan şəxslərdə badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək, əyləncəli və səmərəli vaxt keçirməkdir. Festival zamanı virtual köşədə fiziki məhdudiyyəti olan şəxslərin badminton oynaması üçün xüsusi texniki avadanlıqla təchiz olunmuş virtual reallıq proqramı nümayiş etdirilib. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsi ilə fiziki məhdudiyyətli iki inklüziv benefisiara öz həmkarları ilə virtual formada badminton oynamaq imkanı qazandırır.
Tədbir çərçivəsində 60-a yaxın benefisiar üzərində “Şən volan” əks olan ağ köynəkləri olimpiya halqalarının rənglərinə uyğun boyayaraq badminton üzrə milli komandamızın üzvlərinə hədiyyə ediblər. İştirakçılar sertifikatla təltif olunub. Qonaqlar benefisiarların əl işlərindən ibarət sərgi ilə də tanış olublar. Milli Olimipiya Komitəsinin 30 illik yubileyi çərçivəsində keçirilən tədbirə konsert proqramı ilə yekun vurulub.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyası ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 4 aydan çoxdur davam edən əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Daha öncə Xırdalan şəhərində yerləşən Olimpiya İdman Kompleksində parabadminton üzrə məşqlərə start verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılq Mərkəzinin dəstəyi ilə fiziki məhudiyyəti olan bir sıra uşaqlar parabadmintona cəlb olunub.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı