Azərbaycan Badminton Federasiyası istedadlar axtarışını davam etdirir
24 may 2023 169

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyilə, Milli Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Qusar, Şirvan, Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində “Talantların Tapılması” layihəsi həyata keçirilib.
15 May tarixində Badminton Federasiyasının məşq bazasında 40 uşaq (20 qız, 20 oğlan) arasında keçirilən yarışların final mərhələsində ümumi nəticələrin cəminə görə ən yaxşı 4 qız və 4 oğlan mükafatçıları müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “Talantların Tapılması” layihəsi çərçivəsində istedadlı uşaqların tapılması lahiyəsinin final mərhələsində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramları üzrə eksperti Ceyhun Rəhmanov və Badminton Federasiyasının baş katibi Ramil Hacıyev iştirak edib.
Bənzər xəbərlər

Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı
Yığma komandamız Belqradda birinci oldu
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə ... Ətraflı

“Böyük dəbilqə” turniri 5 medalla yadda qaldı
Sentyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa - ümummilli lider ... Ətraflı