Xəbərlər

Azərbaycan Basketbol Liqasında 5-ci turun daha iki oyunu keçirildi

13 noyabr 2022 596

12 noyabr tarixində "Sərhədçi" İM-də Azərbaycan Basketbol Liqasında 5-ci turun iki oyunu baş tutdu. Günün ilk görüşündə çempionatın naməğlub komandası "NTD BK", "Sabah BK" basketbolçuları ilə qarşılaşdı. Görüşün ilk periodundan üstünlüyü ələ keçirən "Sabah BK" komandası yekunda rəqibi üzərində 70-77 hesablı qələbə qazandı. Ən məhsuldar basketbolçular:  "NTD BK" ( Stenford Villiam - 25 xal, 8 ribaund ), "Sabah BK" ( Udan Osaku - 22 xal, 9 ribaund ). Günün ikinci oyunu  "Olimpik Şəki BK" və "Zirvə Astara BK" komandaları arasında keçirildi. Son topa qədər davam edən oyunun yekununda "Olimpik Şəki BK" basketbolçuları rəqibinə 95-92 hesabı ilə qalib gəldilər. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" ( Delvin Haf - 37 xal, 4 asist ), "Zirvə Astara BK" ( Rasshard Kruikşenk - 21 xal, 3 asist). 

Qeyd edək ki, turun son oyunu 14 noyabr saat 19:00 tarixində "Sərhədçi PİK" və "AAAF Xırdalan BK" komandaları arasında keçiriləcək.