Xəbərlər

Azərbaycan Basketbol Liqasında 9-cu tur yekunlaşdı

11 dekabr 2022 441

11 dekabr tarixində Sərhədçi İdman Mərkəzində, "Gəncə BK" və "Zirvə Astara BK" komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turuna yekun vuruldu. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada "Gəncə BK" 98-85 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Ceylon Perri - 29 xal, 5 ribaund ), "Zirvə Astara BK" ( Ruşard Kruikşenk - 25 xal, 9 ribaund ).

  Qeyd edək ki, 10-cu turun oyunları 14, 17 və 18 dekabr tarixlərində keçiriləcək.