Azərbaycan basketbolunun NBA ümidi
06 dekabr 2022 1581
14 yaş və 2.06 m boy. Bu göstəricilərin sahibi bir Azərbaycanlıdır. Söhbət yeniyetmələrdən ibarət millimizin üzvü Hüseyn Qaflanov-dan gedir. Belə ki, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə Litvanın Vilnüs şəhərinə yola düşən gənc istedad, öz fərdi basketbol bacarıqlarına görə artıq həmin şəhərdə yerləşən NBA basketbol məktəbinə qəbul olunub. Hüseyn 2024 -cü ilin yayına qədər bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA -in müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək və basketbol biliklərini daha da təkmilləşdirərək gələcəkdə NBA seçmələrinə haqq qazanmağa çalışacaq. Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası gələcəkdə Hüseyn Qaflanov -un NBA-də iştirak etməsi və yığma komandalar arasında ölkəmizi ən yüksək səviyyədə təmsil etməsi üçün həmişə öz diqqət və qayğısını davam etdirir.
Bənzər xəbərlər
Formula 1 Azərbaycan Qran-Prisi üçün marşal qeydiyyatına start verilib
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün marşal qeydiyyatına ... Ətraflı
Millimiz rekord nəticəylə Avropa ikincisi oldu
U23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Millimiz 1 qızıl, ... Ətraflı
.jpeg)