Xəbərlər

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının (BCF) yeni yaradılmış komissiyasının sədri seçilib

13 aprel 2022 658

BCF-dən verilən məlumata görə, müasir dünyada yeni texnologiyalar hər bir sahəyə, o cümlədən idman sahəsinə də öz müsbət təsirini göstərməkdədir.

Yeniliklərə hər zamana açıq olan və bu yenilikləri cüdoya vaxtında və ən məhsuldar şəkildə tətbiq etməyi hədəfləyən BCF Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyası yaratmağa qərar verib.