Xəbərlər

Azərbaycan cüdoçuları Paris Avropa Kuboku turnirində 4 medal əldə etdi

08 may 2023 236

6-7 mayda Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turniri keçirilib. 

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə -81 kq. çəkidə Ömər Rəcəbli gümüş medal və +100 kq. çəkidə Kənan Nəsibov qızıl medal əldə edib.

Cüdoçularımız turnirdə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutub.

İdmançılarımızı təbrik edirik!