Azərbaycan Gyor 2017-ə hazırdır!
07 iyul 2017 502
7 iyul 2017-cil tarixində Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Yeniyetmələrin Avropa Olimpiya Festivalına (YAOF) son hazırlıqlar və komandanın məlumatlandırmasına dair iclas keçirildi.
Tədbirdə Festivalda Azərbaycanı təmsil edən komandanın rəhbəri Vaqif Əliyev tədbir haqqında ətraflı məlumat verdi. Akreditasiya, nəqliyyat yaşayış və digər mühüm məlumatlar atlet məşqçi və digər rəsmilər ilə paylaşıldı: ” Bu oyunların özəlliyi 2019-cu ildə Bakıda keçiriləcək YAOF-a idmançıların hazırlaşması üçün bir stimuldur.”
Macarıstanın Gyor şəhərində keçiriləcək yarışlarda Azərbaycanı 41 idmançı təmsil edəcək. Ümumilikdə nümayəndə heyətinin sayı 65-dir ki, 15 məşqçi, gimnastika idman növü üzrə 2 beynəlxaq dərəcəli hakim, 1 həkim, 1 media nümayəndəsi və 5 işçi heyəti daxildir. Atletika, tennis, üzgüçülük, velosiped idmanı, cüdo, kanoe, gimnastika idman növləri üzrə təmsil edəcək atletlərdən 23-29 iyul tarixlərində yarışacaqlar.
Redaktorlar üçün məlumat:
25-ci Gyor 2017 Yeniyetmələrin Avropa Olimpiya Festivalı Macarıstanda keçiriləcək. Yarışlar 23-29 iyul tarıxlərini əhatə edir. 13-18 yaş aralığında 10 idman növü üzrə 50 ölkəni təmsil edən 4000-ə yaxın idmançının iştirakı gözlənilir. Tədbir üçün 1500 yerli və beynəlxalq könüllü cəlb olunub.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı