Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJ İB) sədri Azər İsmayıl ilə Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə arasında görüş keçirilib
24 yanvar 2023 380
Görüşdə bir sıra məsələlər və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. N.Məmmədzadə mediadan gözləntiləri ilə bağlı öz fikirlərini bildirib. Buna qədər hər iki tərəf arasında normal iş münasibətlərinin olduğunu qeyd edib. A.İsmayıl isə jurnalistlərin istəklərini və gələcək əməkdaşlıq imkanlarını baş katibin diqqətinə çatdırıb.Tərəflər ehtiyac olan bir neçə istiqamətdə qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılıq əldə ediblər. Qərara alınıb ki, bununla bağlı yaxın günlərdə tərəfdaşlıq memorandumu imzalansın.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı