Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Yaunde–2025” İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadənin Kameruna səfəri davam edir
12 may 2022 1265
Çingiz Hüseynzadə Kamerunun baş naziri Josef Nguterə ilə görüşüb. Görüş zamanı ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. Baş nazir İslam Həmrəylik Oyunlarının Kamerunda keçirilməsinin ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bunun üçün Yaunde şəhərində idman və qonaqlama infrastrukturu yenilənir, təmir və bərpa olunur. Qeyd edək ki, 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına Kamerunun ev sahibliyi etməsi planlaşdırılır. Məhz bununla əlaqədar olaraq “Yaunde–2025” İslam Həmrəyliyi Təftiş Komissiyası ölkədə beynəlxalq idman tədbirinə hazırllq prosesini araşdırır.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı
