Azərbaycan təmsilçisi Böyük Britaniyanın ölkə çempionatında öz yaş kateqoriyasında birinci olub
30 mart 2022 1059

Martın 29-da Beynəlxalq Xizək Federasiyasının (FİS) təşkilatçılığı ilə Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniyanın ölkə çempionatında iştirak edib.
Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda atletimiz 18 yaş kategoriyasında olan idmançılar arsında dağ xizəyi idmanının dağdan eniş növündə 1-ci yerə sahib olub. Mübarizədə ikinci yerə fransalı atlet Dylan Hacquard, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olublar.
Ümumi yarışın nəticələrinə görə isə təmsilçimiz İlya Kostov 3-cü yerdə qərarlaşıb. Cempionata Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan 30 idmançı qatılaraq birincilik uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, 17 yaşlı idmançı Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar
Azərbaycanın gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
Bu barədə Azərbaycan Cüdo ... Ətraflı

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
50 kiloqram çəkidə ... Ətraflı