Xəbərlər

Azərbaycan və Gürcüstan Milli Olimpiya Komitələri arasında gələcək tərəfdaşlıq əlaqələri ilə bağlı görüş

03 fevral 2022 752

27 yanvar tarixində Azərbaycan və Gürcüstan Milli Olimpiya Komitələri arasında gələcək tərəfdaşlıq əlaqələri ilə bağlı görüş baş tutub. Görüşdə Gürcüstan MOK-un baş katibi Emzar Zeanişvili, vitse-prezidenti Mamuka Xabareli, Beynəlxalq Əlaqələr şöbəsinin direktoru Rusiko Aptsiauri və digər nümayəndələr iştirak ediblər. O cümlədən, Milli Olimpiya Komitəsini Marketinq şöbəsinin direktoru Mehman Kərimov, mətbuat katibi Günay Malikqızı, marketinq mütəxəssisi Səkinə Vəliyeva və Maliyyə şöbəsinin direktoru Svetlana Abdullayeva  təmsil ediblər. Görüşdə Azərbaycan və Gürcüstan MOK arasında əməkdaşlıq, OCEP və DCMS ilə bağlı müzakirələr aparılıb.