Xəbərlər

“Bakı-2023”: İsrailli gimnastlar beş top ilə təsnifat yarışlarında birinci pillədə yer alıblar

17 may 2023 373

Çempionatın birinci günündə gənc gimnastlardan ibarət komandalar mübarizə aparırlar.

Beş top ilə təsnifat yarışlarında İsrail kollektivi birinci pillədə yer alıb. Komandanın çıxışı 31,100 xalla qiymətləndirilib. İlk üçlükdə İspaniya (28,700 xal) və Yunanıstan (26,550) yer alıblar.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız B qrupunda mübarizə aparacaq.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.