Basketbol üzrə Azərbaycan Kubokunda qruplar müəyyənləşdi
21 fevral 2023 613
21 fevral tarixində Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutdu. 21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.
A qrupu: "Sabah BK", "AAAF Xırdalan BK", "Sərhədçi PİK", "Gəncə BK"
B qrupu: "NTD BK", "Zirvə Astara BK", "Neftçi İK", "Olimpik Şəki BK"
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı