Xəbərlər

Beynəlxalq basketbol turnirinin açılış mərasimi baş tutub  

11 may 2023 386

11 may Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi" İdman Mərkəzində, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin açılış mərasimi keçirilib. Tədbirə rəsmi hissə ilə start verilib. Daha sonra isə bədii hissə ilə davam edən açılış mərasiminin ardından, ADBTİA (Azərbaycan) və ATDU (Gürcüstan) tələbələri arasında oyun baş tutub. Bu görüşdə tələbələrimiz 80-69 hesabı ilə rəqibinə qalib gəliblər. Turnirin qrup mərhələsinin ilk turunda aşağıdakı nəticələr qeydə alınmışdır. Turnirin bütün oyunlarını federasiyanın rəsmi "youtube" hesabından izləyə bilərsiniz.

LDU (Rusiya) - SDU (Türkiyə) 121-53
ÖBDİU (Özbəkistan) - YKQDU (Belarusiya) 65-70
ADBTİA (Azərbaycan) - ATDU (Gürcüstan) 80-69
AzTU (Azərbaycan) - TTK (Türkmənistan) 74-73

  Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü 15 may saat 14:30 -da baş tutacaq və CBC Sport telekanalı vasitəsilə basketbol sevərlərə təqdim olunacaqdır