Bolqarıstanda son gündə 2 qızıl medal
05 mart 2023 795

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turniri sona çatıb.
Həftəsonu 6 təmsilçimiz mübarizə aparıb. Sərbəst güləş üzrə yarışda yığmanın 4 üzvü çıxış edib.
86 kq-da yer alan güləşçilərimiz 1/4 finaladək 2 qələbə qazanıb. Orxan Abasov ABŞ təmsilçiləri Kuentin Peres (13:5) və Ceyms Morqan (13:1) üzərində inamlı qələbələr qazanıbsa, Abubakr Abakarov polşalı Filip Roqutla (7:1) gürcüstanlı Zaur Beradzeni (2:2) üstələyib. Milli üzvləri 1/4 finalda üz-üzə gəlib. Abakarov Abasovdan güclü olub – 7:0. Ancaq Abubakr yarımfinalda türkiyəli Fatih Erdinlə görüşdə zədələndiyi üçün yarışdan çəkilmək məcburiyyətində qalıb.
125 kq-da yer alan təmsilçilərimiz 1/4 finalda bir-biriylə qarşılaşıb. Rahid Həmidli Georgi Meşvildişviliyə müqavimət göstərə bilməyib – 0:10. Meşvildişvili yarımfinalda amerikalı Ryan Valza da heç bir şans tanımayıb – 11:0. Həlledici görüşdə iranlı Mustafa Tağanini 7:2 hesabıyla üstələyən Georgi fəxri kürsünün ən yüksək pilləsinə qaxıb. Həmidli isə bürünc medal uğrunda görüşdə Valzla bacarmayıb - 1:3.
Həftəsonu qadın güləşində 2 təmsilçimiz çıxış edib. Türkan Nəsirova (50 kq) ilk mərhələdə bolqarıstanlı Miqlena Selişkaya 2:4 hesabıyla məğlub olub. Əvəzində Mariya Stadnik Selişkanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Millimizin lideri yarımfinalda Şimali Makedoniyanı təmsil edən Veronika Ryabovolovaya da eyni hesabla qalib gəlib. Finalda qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşan Stadnikə qələbə üçün cəmi 35 saniyə kifayət edib – 10:0.
Beləliklə, güləşçilərimiz bu yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı