Böyük Dəbilqə: Azərbaycan 2 qızıl medal qazandı
05 noyabr 2022 398
Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycan idmançıları iki qızıl medal qazanıb.
-73 kq-da mübarizə aparan Hidayət Heydərov həlledici görüşdə kanadalı Artur Margelidonu ipponla məğlub edərək turnirin əsas mükafatına sahib çıxıb.
-81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi isə finalda belçikalı Mattias Kasse ilə görüşüb. Rəqibinə vazari ilə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı