Xəbərlər

Cüdoçularımız Varşava Açıq Avropa turnirində iştirak edəcək 

23 fevral 2023 391

25-26 fevralda Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. Yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

-48 kq. 
Ramilə Əliyeva 

-52 kq. 
Zeynəb Məmmədova 

-63 kq. 
Diana Şoranova 
Nərgiz Hacıyeva 

-70 kq. 
Günel Həsənli 

-78 kq. 
Aytəkin Paşazadə