Daha bir idmançımız Paralimpiya çempionu oldu
27 avqust 2021 549

Paracüdoçumuz Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.
60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Növbəti görüşündə rumıniyalı Aleks Boloqanı tatamidən məyus yola salan V.Şirinli Tokio-2020-nin finalına yüksəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə təmsilçimiz qazaxıstanlı Anuar Sarıyevi məğlub edərək Tokio Paralimpiadasının qalibi olub.
Daha əvvəl paracüdoçumuz Şəhanə Hacıyeva (48 kq) və Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
Bənzər xəbərlər

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək olacaq
Azərbaycan Badminton Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli ... Ətraflı

İlk yarış gününə yekun vuruldu
May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr ... Ətraflı