"Gəncə" basketbol üzrə Azərbaycan Kubokunun qalibidir
26 mart 2023 390
26 mart Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutdu. "Gəncə" və "NTD" komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başladılar. Lakin, oyunun ikinci hissəsində 20 xallıq fərqdən geri dönüş edən "NTD" komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100-89 hesablı qələbə qazanaraq kubokun qalibi oldu. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçildi.
Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Kollin Törner - 38 xal, 13 ribaund ), "NTD BK" (Zak Hadson - 20 xal, 8 ribaund )
Mükafatlandırma mərasimində GİN-nin nazir müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvüləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı