Xəbərlər

"Gəncə" və "NTD" kubokun finalında

25 mart 2023 454

25 mart tarixində Sərhədçi İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal  oyunları keçirildi. İlk yarımfinal oyununda "Gəncə" və "Neftçi" komandaları üz-üzə gəldilər. Yerli oyunçularının dominant oyunu sayəsində "Gəncə" komandası rəqibi üzərində 83-73 hesablı qələbə qazanaraq ilk finalçı oldu. Ən məhsuldar basketbolçular : "Gəncə BK" (Amil Həmzəyev - 26 xal, 6 ribaund), "Neftçi İK" (Yuriy Kondrakov - 18 xal, 10 ribaund) İkinci yarımfinal qarşılaşması "NTD" və "AAAF Xırdalan" komandaları arasında baş tutdu. Gərgin mübarizə şəratində davam edən oyunun sonunda "NTD" basketbolçuları 91-84 hesablı qələbə qazanaraq adlarını finala yazdırdılar. Ən məhsuldar basketbolçular: "NTD BK" (Londel Kinq - 25 xal, 15 ribaund), "AAAF Xırdalan BK" (Devin Pullum - 23 xal, 5 asist)

 Qeyd edək ki, "Gəncə" və "NTD" basketbolçuları arasındakı final oyunu, 26 mart saat 16:00 -da start götürəcək.