Xəbərlər

Gənclər və idman naziri Azad Rəhimov tərəfindən BMT-nin Baş Asambleyasında Bakı 2015 Avropa Oyunları

21 oktyabr 2014 421

Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.

Cənab nazir Rəhimov, həmçinin qonaqlarla birlikdə nahar edib, 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan danışıb. Cənab Rəhimov nümayəndələrlə söhbətində demişdir: “Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanmışdır. 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar. Avropa Oyunlarına hazırlaşmaq üçün 2 ildən bir az çox vaxtımızın olmasına baxmayaraq, ölkəmiz bu İlk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir”.

Cənab nazir Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın rəhbərliyindən bəhs edib. O, həmçinin Avropa Oyunlarının Azərbaycana qoyacağı mirasdan və Bakı 2015 üçün tikilən yeni idman obyektlərinin uzunmüddətli əhəmiyyətindən danışıb. Cənab Rəhimov əlavə etmişdir: “Orta yaşı 30.1 olmaqla ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40%-i 24 yaş altındadır. Bu cür statistik göstərici ilə biz xalqımızı gözəl idman infrastrukrutları ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Faktiki olaraq, təkcə son 10 il ərzində bütün ölkə ərazisində 50-dən çox dünya standartlarına cavab verən idman obyekti inşa etmişik. Bu idman infrastrukturu əhalimizin idman obyektlərindən istifadəsini təmin edir və fərdlər üçün tamamilə ödənişsizdir.’’

Cənab Azad Rəhimov, həmçinin Birləşmiş Millətlər Təşkilatının 69-cu Baş Assambleyasının prezidenti cənab Sam Kutesa ilə görüş keçirib. Rəsmilər 28-30 oktyabr 2014-cü il tarixləri arasında Bakıda keçiriləcək gənclər siyasəti mövzusunda Birinci Qlobal Forumun əhəmiyyətini müzakirə ediblər.

Gənclər siyasəti mövzusunda Birinci Qlobal Forum ilə bağlı ətraflı məlumat əldə etmək üçün http://www.youthpolicy.org/event/global-forum-on-youth-policies/ ünvanına daxil ola bilərsiniz.