Xəbərlər

Güləşçimiz erməni idmançıya qalib gələrək bürünc medal qazanıb

23 aprel 2023 303

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçimiz Nihat Məmmədli bürünc medal qazanıb.

60 kiloqram çəki dərəcəsində yarışan idmançımız ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.

Rəqibinə 9:5 hesabı ilə qalib gələn N.Məmmədli Avropa üçüncüsü olub.