Güllə atıcılarımız Hannoverdə daha 2 medal qazanıblar
03 may 2023 881
Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medala sahib çıxıb.
Komanda yarışında isə iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) Hannoverdə keçirilən Beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıblar.
Qeyd edək ki, turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək Dünya Çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı

