Xəbərlər

Hacı Əliyev finalda

06 avqust 2021 1019

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

65 kq-da çıxış edən idmançımız 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb.

Finalın bir addımlığında hindistanlı Bacranq Puniya ilə qarşılaşan Hacı 12:5 hesablı qələbə qazanaraq həlledici qarşılaşmada güləşmək hüququ qazanıb. O, bununla minimum gümüş medalı təmin edib.

Əliyev final görüşünə sabah çıxacaq. O, həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə üz-üzə gələcək.