Hüseyn Rəhimlidən Paralimpiya çempionluğu
28 avqust 2021 1029

Cüdoçumuz Hüseyn Rəhimli Paralimpiya çempionu olub.
Tokio-2020 Yay Paralimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Rəqibindən üstün olan H.Rəhimli Paralimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı