I MDB Oyunları: 2 boksçumuz yarımfinala yüksəlib
03 sentyabr 2021 1138

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında boks yarışlarına start verilib. İlk gündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.
1/4 final mərhələsindən mübarizəyə qoşulan təmsilçilərimizdən 2-si rinqdən qalib ayrılıb.
Tağı Nəsibov Oyunlara qələbə ilə başlayıb. 48 kq çəkidə döyüşən boksçu ilk sınağında Vadim Veçerski (Belarus) ilə üz-üzə gəlib və 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanıb. Nəsibov yarımfinalda özbəkistanlı Javohir Kuysinovla qarşılaşacaq.
İbrahim Zeynalovun (50 kq) da debütü uğurlu alınıb. O, Muinxon Mavlonovu (Tacikistan) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Artyom Nazarovla döyüşəcək.
Onlardan fərqli, Ramal Yolçuyev (46 kq) Temirxan Daniyarova (Qırğızıstan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanova (Özbəkistan), Ziya Həsənov (66 kq) Vladislav Kuznetsova (Belarus) məğlub olaraq, yarışla vidalaşıb.
Qeyd edək ki, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı