Karateçilər Portuqaliyada iki gümüş medal qazandı
24 aprel 2022 692
Azərbaycan karateçiliəri 22-24 Aprel tarixlərində Portuqaliyanın Matasinyoş şəhərində Karate1 Premyer Liqa turnirini 2 medalla başa vurub. Mükafatların hər ikisi gümüşdür.
Fərid Ağayev (-75 kq) və İrina Zaraetska (-68 kq) finalda qızıl medalları əldən verib. Tural Ağalarzadə (-67 kq) və Asiman Qurbanlı (84+ kq) isə bürünc medal görüşündə mükafatsız qalıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.
Portuqaliyada mövsümün ikinci Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edib. Qarşıda karateçilərimizi Mayda Mərakeşin paytaxtı Rabatda nüfuzlu turnirin növbəti mərhələsi gözləyir.
Turnir ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşərək, Sentyabrda Bakıda Karate1 Premyer Liqa turnirinin 4-cü mərhələsinə hazırlıq işlərini müzakirə edib. Y.Bəşirov həmçinin idmançıları mükafatlandırma mərasimində iştirak edib.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı