Karateçilərimiz Avropa çempionatında 8 medal qazanıb
26 mart 2023 381
Karateçilərimiz 22-26 Mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb. Mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olub.
Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkəlır arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.
Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.
Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı