Xəbərlər

Kənan İsmayılov Roma Açıq Avropa turnirində bürünc medal qazandı

12 mart 2023 452

İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb. 

-60 kq. çəkidə yarışan cüdoçu Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurub. Kənan bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.

-73 kq. çəkidə mübarizə aparan cüdoçu İbrahim Əliyev yarışı 7-ci yerdə tamamlayıb.