Xəbərlər

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.

31 mart 2023 379

Qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək. Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.

Yüksək Liqa (qadınlar)
Yarımfinal (2-ci oyun)
5 aprel
16:00. “Murov” - “Abşeron” (CBC sport-canlı)
18:00. UNEC - “Azərreyl”

Yüksək Liqa (kişilər)
Yarımfinal (2-ci oyun)
6 aprel
16:00. “Neftçi” - “Xarı bülbül”
18:00. MOİK - “Murov”

Yarımfinalda 1-ci oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
“Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” - UNEC 3:0 (25:07, 25:14, 25:17)
Yüksək Liqa (kişilər)
“Murov” - MOİK 3:0 (25:20, 25:18, 25:14)
“Xarı bülbül” - “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.