Xəbərlər

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib

23 fevral 2023 295

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib. Həmin oyunlar fevralın 25-də və 28-də baş tutacaq.

Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” - “Murov” qarşılaşması keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.

Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” - MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq.

Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.