Xəbərlər

Mariya Stadnik 4 qat Olimpiya mükafatçısıdır

07 avqust 2021 1003

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) Tokio Yay Olimpiya Oyunlarının bürünc medalını əldə edib. 

 

Təcrübəli idmançımız ilk görüşdə rusiyalı Stalvira Orşuşdan güclü olub - 11:7. Stadnik 1/4 finalda tunisli Sarra Hamdini vaxtından əvvəl məyus edib - 10:0. Yarımfinalda 2 qat dünya çempionu Yui Susakiylə üz-üzə gələn Mariya yaponiyalı rəqibiylə bacarmayıb - 0:11. Millimizin ən titullu üzvü bürünc medal uğrunda görüşdə monqolustanlı Namuuntsetseq Oçirlə qarşılaşıb və rəqibinə heç bir şans tanımayıb - 10:0.

 

Beləliklə, Stadnik hesabına 2-ci dəfə olimpiya "bürünc"ü əlavə edib. Olimpiya Oyunlarında 2 dəfə gümüş medalı boynundan asmış qadın güləşçimiz ümumilikdə 4 Olimpiadada medal qazanmış ilk idmançımız kimi adını tarixə yazdırıb.