Milli Olimpiya Komitəsi CBC Sport kanalına 6 yaşı münasibətilə xüsusi hədiyyə təqdim etdi
12 noyabr 2021 1056
Milli Olimpiya Komitəsində CBC Sport kanalının rəhbərliliyi ilə görüş keçirildi. Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş Katibin müavini Azər Əliyev, idman şöbəsinin müdiri Həsənağa Rzayev, marketinq şöbəsinin müdiri Mehman Kərimov, CBC Sport kanalının baş direktoru Volkan Üst və kanalın baş redaktoru Şəmsəddin Abbasov iştirak etdi. Çingiz Hüseynzadə giriş sözünə MOK və CBC Sport kanalının birgə əməkdaşlığı ilə 2020-ci ildən start verdiyi “Olimpiya Günü” televiziya layihəsi ilə başladı. Uğurlu əməkdaşlığa görə kanala xüsusi təşəkkürünü bildirən vitse-prezident MOK-un xüsusi hədiyyəsini CBC Sportun baş direktoru Volkan Üstə təqdim etdi. Volkan bəy öz növbəsində xüsusi hədiyyə və bu cür diqqətə görə MOK rəhbərliyinı təşəkkürünü bildirərək bundan sonra da ölkədə Olimpiya hərəkatının təbliğ və təşviq üçün hər cür əməkdaşlığa hazır olduqlarını söylədi. Daha sonra tərəflər qarşıdakı illərdə MOK və CBC Sport arasında əməkdaşlıq istiqamətlərini müzakirə edərək növbəti addımları müəyyənləşdirdi.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı