Milli Olimpiya Komitəsi İndoneziya idman nümayəndə heyətinin qəbul edib
13 sentyabr 2019 586
Bu gün İndoneziya idman nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüş keçirilib. Səfər İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktorunun rəhbərliyi ilə həyata keçirilir. Nümayəndə heyəti “Pencak Silat: Olimpiadaya gedən yol” mövzusunda kampaniyaya əsaslanır.
Görüş çərçivəsində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un İdman idarəsinin rəisi Həsənağa Rzayev, MOK-un Beynəlxalq Əlaqələr idarəsinin rəisi Anar Bağırov, İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktoru Sandi Suvardi Hasan, Sənaye və İdmanın Təşviqi şöbəsinin rəsmiləri Hermina Purbasari, Dian Haerani, Melati Vemon və Mutiara Nadya Habibita iştirak edib.
Görüş çərçivəsində qurumlar arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, Pencak Silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə edilib. Sonda qurumlarının nümayəndələri xatirə hədiyyələrini təqdim ediblər.
Bənzər xəbərlər
MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman ... Ətraflı
Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı