Milli Olimpiya Komitəsi Maskot müsabiqəsi elan edir
01 sentyabr 2020 561
Azərbaycan Milli Olimpiya Komitəsi ölkəmizi tədbirlərdə təmsil edəcək maskotu xalqımızla birlikdə müəyyənləşdirəcək. Öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabr tarixinədək mövzuda “Maskot” qeyd etməklə MOK-un e-mail ünvanına ([email protected]) göndərə bilər. Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçıların təkliflərini personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər. Müsabiqənin qalibi Milli Olimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək. Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə Azərbaycan Milli Olimpiya Komitəsinin mülkiyyətinə keçmiş olacaq. Müsabiqəyə qoşulun, siz də Azərbaycan Olimpiya tarixinin bir hissəsi olmaq şansını qazanın!
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı