Xəbərlər

Milli Olimpiya Komitəsi və “Caspiantech” yeni tərəfdaşlığa imza atdılar

21 may 2019 466

Bu gün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Caspiantech” Qapalı Səhmdar Cəmiyyəti arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və”Caspiantech” QSC-nin baş direktoru Vüsal Məmmədov tərəfindən imzalanmışdır.

Müqavilə tərəflər arasında informasiya dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq əsasında Milli Olimpiya Komitəsi və İdman Federasiyaları “Caspiantech” QSC-nin dəstəyi ilə ölkədə qarşıdan gələn Olimpiya Oyunlarında Azərbaycan Komandasının təbliği ilə məşğul olacaqdır. “Caspiantech” QSC isə Milli Olimpiya Komandasının “Məğrur Tərəfdaşı” qismində çıxış etmək hüququ qazanır.

Çingiz Hüseynzadə: “Caspiantech” QSC Azərbaycan komandasına xüsusi diqqətlə yanaşmağı, təşkilati işlərdə dəstək göstərməyi təqdirəlayiqdir. Caspiantech” QSC-nin Milli Olimpiya Komitəsi və İdman Federasiyaları ilə birgə olmağı çox xoşdur. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq”.

Vüsal Məmmədov: “Bu gün Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılması bizləri sevindirir. Olimpiya hərəkatının və idmanın ölkədə təbliği çox vacibdir və biz bu işdə MOK-a və İdman Federasiyalarına dəstək olmağa hazırıq. Caspiantech olaraq Azərbaycan Komandasına öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik”.

Redaktorlar üçün məlumat:

“Caspiantech” QSC (daha öncə “Azərinteltek” QSC olmuşdur) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilmiş və ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlamışdır. “TOPAZ” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, Caspiantech QSC hal-hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.

Əlaqə və daha ətraflı məlumat üçün: [email protected], telefon: +99450-285-77-54