Xəbərlər

Milli Olimpiya Komitəsində Nazim Babayevin uğuru qeyd olundu

05 avqust 2015 430

5 Avqust tarixində MOK-da Atletika idman növü üzrə üçtəkanla tullanmada Avropa rekordu yeniləyən idmançımız Nazım Babayevin uğuru qeyd olundu. O, İsveçin Eskiltsuna şəhərində keçirilən Yeniyetmələr arasında Avropa Atletika Çempionatında 30 illik rekordu təzələyərək qızıl medal və 2016-cı ildə keçiriləcək Rio 2016 Olimpiya Oyunlarına lisenziya qazandı.

İdmançımızın uğurunu qeyd etmək üçün hazırlanan tədbirdə Milii Olimpiya Komitəsinin vitse- presidenti və Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxış etdi: “Azərbaycanda idman hərəkatı həmişə inkişaf edib və etməkdə davam edir. Bakıda baş vermiş ilk Avropa Oyunları elə bunun göstəricisidir. Təkcə idmançılar deyil, həm də təşkilatçılıq işlərinin yüksək səviyyədə həyata keçirildiyi tədbirdə bütün dünya mediasında oyunlar haqqında məqalələrdə yer tutmuşdur. Müxtəlif Avropa ölkələrinin Milli Olimpiya Komitələri öz ölkələrinə qayıdaraq bu oyuların necə mütəxəssiscəsinə təşkil olunduğunu qeyd etmişdilər. “Bakı 2015” Avropa Oyunlarında milli yığma komandamızın uğurları Azərbaycan üçün ənənəvi idman növləri ilə yanaşı, həm də digər idman növləridə inkişaf etdiyinin göstəricisidir. Bu layiqli qələbələrdən biri də gənc atlet Nazim Babayeva məxsusdur.

Nazim Babayevin nəaliyyətlərinin davamlı olması və İsveçrədə keçirilmiş Yeniyetmələr arasında Avropa Atletika Çempionatında bir daha uğuru hər birimiz üçün qürur vericidir. Əlavə olaraq o, Almaniyalı idmançı Volker Mainin 30 illik rekordunu yeniləyərək Azərbaycan bayrağını bir daha yüksəklərə qaldırdı.

Qeyd edək ki, Nazim Babayev daxil olmaqla 3 idmançımız 2016-ci ildə keçiriləcək Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanmışdılar. İdmançılarımızın uğurları sayəsində indi Azərbaycan Atletika Federasiyası Avropa Atletika Federasiyasının aktivləri sırasındadır. ”

Tədbirdə həmçinin Yüngül Atletika Federasiyasının vitse-predizenti Tofiq Qarayev, Yüngül Atletika federasiyasının baş məqçisi Məhərrəm Sultanzadə və Nazim Babayevin məşqçisi Ziyad Xalfayev Azərbaycanda idman sahəsinin inkişafındakı nəaliyyətlərindən bəhs etdilər.

Xatirladaq ki, Nazim Babayev daha əvvəl Hollandiya və Azərbaycanda keçirilmiş Yeniyetmələr arasında Avropa Olimpiya Festivalı həmçinin Çində baş tutan Yeniyetmələr arasında Avropa Olimpiya Oyunlarının mükafatçıları sırasına daxıldir.