Xəbərlər

MOK-da Beynəlxalq Teqbol Federasiyanın prezidenti Gabor Borsanyi ilə görüş baş tutub

15 noyabr 2022 551

Noyabrın 15-də Milli Olimpiya Komitəsinin Baş Katibi Azər Əliyev teqbolun ixtiraçısı və həmtəsisçisi, Beynəlxalq Teqbol Federasiyanın prezidenti Gabor Borsanyini qəbul edib.

Tədbirdə yeni təsis olunan Teqbol federasiyasının Azərbaycanda inkişafından, teqbolun üstünlüklərindən və gənclərin bu idman növünə olan marağından bəhs edilib. O cümlədən, teqbolun Olimpiya Oyunlarına salınması barədə də söhbət aparılıb. Beynəlxalq Teqbol Federasiyanın prezidenti Gabor Borsanyi bildirib ki, Azərbaycan teqbolçularına beynəlxalq dərəcəli məşqçilər tərəfindən təlimlər keçirilir. O bu idman növünün inkişafında Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

Milli Olimpiya Komitəsinin Baş Katibi Azər Əliyev əməkdaşlıqa dair məsələlərin müzakirəsinə və teqbol idman növünün Olimpiya Oyunlarının proqramına salınmasını müsbət yanaşdığını bildirib.

Görüşdə MOK-un İdman İdarəsinin rəhbəri Həsənağa Rzayev, Xarici Əlaqələr İdarəsinin direktoru Anar Bağırov, Teqsports Beynəlxalq Biznesin İnkişafı şöbəsinin rəhbəri İstvan Döbrei, Macarıstanın Azərbaycandakı Fövləqadə və Səlahiyyətli səfiri Tomas Tormanda iştirak edib.

Sonda xatirə şəkili çəkilib.