MOK nümayəndə heyəti Konyadan qayıdıb
23 mart 2022 1574

Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi oyunlarının missiya rəhbərlərinin 1-ci görüşü keçirilib. 47 ölkədən 70 nəfərin bilavasitə Konyada daha 9 ölkə nümayəndəsinin onlayn qatıldığı iclasda Türkiyənin Gənclər və İdman nazirinin müavini və Konya -2021-in Baş Əlaqələndiricisi Halis Yunus Ersöz və İslam Həmrəyliyi İdman Federasiyasının birinci vitse- prezidenti Hamad Kalkaba çıxış ediblər. Oyunların təşkilatçılıq məsələlərinə dair açıqlamalar verilib və nümayəndə heyəti üzvlərini maraqlandıran suallar cavablandırılıb. Nümayəndə heyəti üzvləri yarış yerləri, idman obyektləri və Olimpiya kəndində hazırlıq prosesilə ilə yaxından tanış olublar. MOK və İHİF İcraiyyə Komitələrinin və İHİF-in Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da Konyada keçirilən tədbirdə iştirak edib. 5-ci İslam Həmrəyliyi oyunlarının missiya rəhbərlərinin 1-ci görüşünə MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev və Beynəlxalq Layihələr üzrə Komissiyanın katibi Ceyhun Rəhmanov qatılıblar.
5 -ci Islam Həmrəyliyi Oyunları avqustun 9-18 tarixlərində Konya şəhərində baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki ... Ətraflı

Azərbaycan millisi Bolqarıstanda təşkil olunan beynəlxalq turnirdə 3 qızıl medal qazanıb
Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət millisi Bolqarıstanda təşkil oluanan ... Ətraflı