MOK-un nümayəndə heyəti İHİF-nın Baş Assambleyasında iştirak edib
13 mart 2023 301
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəyliyi İdman Federasiyalarının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş Katibi Azər Əliyev və Xarici Əlaqələr Şöbəsinin müdiri Anar Bağırov İHİF-in Səuddiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar Baş Assambleyada iştirak ediblər.
Toplantıda İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki AL-FAİSAL AL SAUD və İHİF-in rəsmi nümayəndələri çıxış ediblər. İHİF-nın 13-14 mart tarixlərində keçiriləcək Baş Assambleyasında 2023-cü ilin oktyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək Dünya Döyüş Oyunları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə həmçinin, İcraiyyə Komitəsinin iclasında iştirak edib, eləcə də toplantı çərçivəsində İHİF-in prezidenti Şahzadə Abdulaziz Bin Turki AL-FAİSAL AL SAUD ilə görüşüb.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı