MOK- un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22 may 2020 557

Bu gün MOK-un PR və media məsələləri şöbəsinin təşəbbüsü ilə Olimpiya idman növləri üzrə bəzi milli federasiyaların mətbuat katibləri ilə video formatda görüş olub. Görüşdə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat xidmətləri ilə əməkdaşlığı daha da möhkəmləndirmək və qarşılıqlı informasiya mübadiləsi şəraitində fəaliyyəti davam etdirmək haqqnda fikir mübadiləsi aparılıb. Mətbuat katibləri bu illər ərzində ilk dəfə baş tutan belə bir görüşün birgə fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Qarşılıqlı əməkdaşlığa dair planlar müzakirə olunub. Postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, MOK və Olimpiya idman növləri üzrə bəzi milli federasiyalar birgə onlayn layihələr gerçəkləşdirə bilər. Layihələrin pr və tanıtımı məqsədilə müştərək çalışmaların aparılması da nəzərdə tutulub.

Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı